"Kazbegi-Yuxarı Lars" keçid məntəqəsi 1 ay müddətinə avtomobillərin girişi üçün bağlanır.
Milli.Az xəbər verir ki, Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan bildirib ki, bu qərar bu gün, mayın 5-də başlayacaq tikinti və bərpa işləri ilə əlaqədardır.
Minik avtomobillərinin hərəkəti müvəqqəti olaraq ağır yük maşınları üçün nəzərdə tutulmuş əlavə çıxışları vasitəsilə həyata keçiriləcək.
Gürcüstan Maliyyə Nazirliyinin məlumatına görə, Kazbegi-Yuxarı Lars gömrük keçid məntəqəsində tikinti və bərpa işləri ilə əlaqədar mayın 5-dən etibarən avtomobillər üçün mövcud keçidlərin fəaliyyəti bir ay müddətinə müvəqqəti dayandırılacaq.
Müəyyən gecikmələri olan sərnişin avtonəqliyyat vasitələri yük avtomobilləri üçün nəzərdə tutulmuş keçidlərdən keçə biləcək və gömrük keçid məntəqəsindən insanların gediş-gəlişi adi qaydada maneəsiz davam edəcək.
İrfan Vəliyev
Milli.Az