Dünya

87 yaşlı Dalay Lama əbədi gəncliyin sirrini açıqlayıb: “Üzüm gənc görünür, çünki...” - FOTO

6 May 2023 06:38
Baxış: 1 200
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

87 yaşlı Dalay Lama XIV Tenzin Qyatso əbədi gəncliyin sirrini açıqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, şüur ​​təlimi gənc görünüş  və sağlam psixikanın saxlanmasına kömək edir.

"Üzüm gənc görünür, çünki mən şüurumu inkişaf etdirmə üzərində işləyirəm. Həmçinin ruhi vəziyyətimi həmişə sakit, dinc saxlamaqla qorumağa çalışıram", - deyə o bildirib.

Dalay Lamanın sözlərinə görə, sağlamlığı qorumaq üçün dərmansız da keçinmək olar.

"Bunun üçün nəfəs məşqlərindən istifadə edə bilərsiniz", - deyə o tövsiyə edib və özünün də hər gün meditasiya etdiyini bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.