Dünya

Ukrayna Zaporojye istiqamətində də HÜCUMA KEÇDİ

3 May 2023 23:42
Baxış: 1 086
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna hərbçiləri Zaporojye vilayətinin Orexovski istiqamətində hücuma cəhd ediblər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Biz Rusiya ilə birlikdəyik" hərəkatının rəhbəri Vladimir Roqov bildirib.

O qeyd edib ki, hücum bu gecə kütləvi artilleriya hazırlığından sonra başlayıb. Rusiya motoatıcı və kəşfiyyatçıları müdafiənin birinci xəttində Ukrayna Silahlı Qüvvələrinin zirehli dəstəsini atəşlə qarşılayıblar. Bundan başqa, hücumun dəf edilməsində tanklar və artilleriya da iştirak edir.

"Hazırda qızğın döyüş gedir. Düşmənin canlı qüvvə və texnika itkiləri var - ən azı iki texnika vurulub - tank və zirehli transportyor", - Roqov bildirib.

Onun sözlərinə görə, Ukrayna qoşunlarının yarıb keçməyə cəhd etdiyini və ya genişmiqyaslı hücuma keçdiyini söyləmək hələ tezdir.

Qeyd edək ki, "Vaqner" hərbi qruplaşmasının rəhbəri Yevgeni Priqojin Ukrayna ordusunun Baxmutda da əks-hücuma keçdiyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.