Dünya

Zaxarova: Moskvanın Polşa ilə diplomatik münasibətləri pozmaq hüququ var

1 May 2023 07:48
Baxış: 592
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvanın Polşa ilə diplomatik münasibətləri dayandırmaq hüququ var, lakin bu, həmvətənlərə zərər verə bilər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Rossiya 1" telekanalında "Vladimir Solovyovla bazar axşamı" verilişinin efirində deyib.

Onun sözlərinə görə, Polşada onilliklərdir ki, təxribatlarla məşğuldurlar. Rusların orada nə etdiklərinə təəccüblənənləri də başa düşmək olar.

"Bir çox insan artıq çamadanlarını götürüb getdi, çünki yola salındılar" deyə Zaxarova xatırladıb.

Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, diplomatik münasibətlərin kəsilməsi halında Polşada yaşayan və işləyən rusiyalılar, eləcə də digər kateqoriyalı vətəndaşlar zərər çəkə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.