Ermənistanın Ararat rayonunda məmurların iştirakı ilə kütləvi dava olub.
Milli.Az axar.az-a istinadən bildirir ki, kütləvi davada Artaşat icması rəhbərinin müavini, Arevşat icmasının rəhbəri və digər şəxslər iştirak ediblər. Ümumilikdə 7 nəfərin iştirak etdiyi dava ilə bağlı araşdırma aparılır.
Fakt üzrə materiallar Ermənistan İstintaq Komitəsinin Ararat vilayət üzrə idarəsinə göndərilib.
Milli.Az