Dünya

İrəvan istəyirdi ki, Rusiya Qarabağda döyüşsün...

23 Aprel 2023 15:00
Baxış: 1 071
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağı satıb.

Milli.Az globalinfo.az-a istinadla xəbər verir ki, bu iddia ilə rusiyalı şərqşünas Yevgeni Satanovski çıxış edib.

O, II Qarabağ müharibəsi zamanı Ermənistan hakimiyyətinin Rusiyadan sülhməramlı fəaliyyət yox, İrəvanın tərəfindən müharibədə iştirak gözləyirdi:

"Moskva bunu məlum səbəblər ucbatından edə bilməz, çünki həm Ermənistan, həm də Azərbaycan Rusiya üçün dost dövlətlərdir. Ermənilərin bu gün Ukraynada bizim yanımızda döyüşməməsindən Rusiya təəccüblənmir. Üstəlik, əgər siz Moskvanın dəstəyini gözləyirsinizsə, buna dəyməz".

Satanovski həmçinin Paşinyanı Qarabağı Bakıya satmaqda ittiham edib:

"Putin Paşinyandan daha çox erməni ola bilməz. Əgər suveren dövlətin rəhbəri açıq şəkildə əraziyə istənilən iddiadan imtina edirsə, Rusiya dost və qonşu olsa da, burada günahkar deyil".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.