Dünya

Rusiyada ermənilər polis tərəfindən kütləvi şəkildə saxlanılır

21 Aprel 2023 07:54
Baxış: 1 377
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Erməniləri İttifaqı Ryazan şəhərində ermənilərin kütləvi saxlanması barədə məlumat yayıb.

"Həqiqətən bir növ təqib var: onları işdən, kafedən, restoranlardan aparırlar. Hamını aparırlar. O cümlədən qadınları, əgər onlar erməni millətindəndirsə. Onları polis şöbəsinə aparırlar, orada (xüsusi) heç bir iş görmürlər, ifadələrini alır, əl izlərini götürür və buraxırlar, amma bu hallar kütləviləşib", - Rusiya Erməniləri İttifaqının vitse-prezidenti German Ananyants deyib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, Ryazan vilayətinin erməni icması rəhbərinin müavini Robert Alixanyan saxlanılmaların səbəblərini açıqlayıb. "İcma rəhbərliyinə izah etdilər ki, bütün bunlar 3 erməni barəsində cinayət işinin başlanması ilə əlaqədardır. Onlar kafedə məişət münaqişəsi zəminində Özbəkistan vətəndaşları ilə dava ediblər", - Alixanyan bildirib.

İcma rəhbəri qeyd edib ki, Özbəkistan vətəndaşları il dava edən ermənilər ərazidən qaçıb. Polis hazırda onları axtarır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.