Ukraynanın işğal altındakı Xerson və Luqansk vilayətlərinə səfər edən şəxs Rusiya Prezidenti Vladimir Putin yox, onun oxşarlarından biri olub.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu qənaətə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Aleksey Danilov deyib.
"Birincisi, Putin orada olmayıb. Bu, açıq-aydın məlum şeydir. Gerçək Putinlə ünsiyyətə girmək üçün azı 10-14 gün karantində keçirməlisiniz. Putin orada olmayıb. Adi oxşarı olub. Onların sayı bir deyil", - o qeyd edib.
Milli.Az