Dünya

Kanslerin həyat yoldaşı tənqidlərdən sonra postunu tərk etdi

18 Aprel 2023 20:52
Baxış: 792
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniya kansleri Olaf Şoltsun həyat yoldaşı, Brandenburqun təhsil naziri Britta Ernst səbəb göstərmədən istefa verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Brandenburq federal əyalətinin baş naziri Ditmar Voidke Ernstin ərizəsini qəbul edib və nazir kimi 6 illik fəaliyyətinə görə ona təşəkkür edib.

Şoltsun həyat yoldaşının istefasının rəsmi səbəbi barədə məlumat verilməsə də, ölkə mətbuatında istefanın Ernstin məktəb və məktəbəqədər təhsil sisteminin təşkili baxımından fəaliyyətindən narazı olan ictimaiyyət nümayəndələrinin çıxışları fonunda verildiyi qeyd edilir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.