Dünya

"Hakimiyyətin antimilli siyasəti nəticəsində diaspor ölkədən uzaqlaşdırılır"

18 Aprel 2023 08:20
Baxış: 504
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ermənistan hakimiyyətinin antimilli siyasəti nəticəsində diaspor ölkədən uzaqlaşdırılır".

Milli.Az "report"a istinadən bildirir ki, bunu Ermənistan parlamentinin deputatı İşxan Saqatelyan feysbukdakı səhifəsində yazıb.

"Birləşmiş Ştatlara 10 günlük işgüzar səfərimin nəticələrinə yekun vuraraq, bir çox partiya, ictimai və populyar görüşlər keçirərək, qeyd etməyi zəruri sayıram ki, müharibədən (44 günlük müharibə - red.) sonra ölkədəki mövcud vəziyyətə görə diaspor məyusluq və qeyri-müəyyənlik vəziyyətindədir.

Erməni diasporunun potensialı və imkanlarından nəinki tam istifadə olunmur, əksinə, mövcud hakimiyyətin antimilli siyasəti nəticəsində onlar ölkədən uzaqlaşdırılıb", - Ermənistan parlamentinin üzvü qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.