Dünya

Kılıçdaroğlu TOGG istəyirsə, pulunu verib alsın - Ərdoğan

13 Aprel 2023 10:30
Baxış: 1 382
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cumhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu yerli avtomobilimiz olan TOGG istəyirsə, pulunu verib alsın.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O qeyd edib ki, Kılıçdaroğlunu TOGG-un zavoduna baxmağa dəvət edib, lakin o gəlməyib.

Xatırladaq ki, aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, aprelin 12-də isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə Türkiyənin ilk elektrik avtomobili "Togg" təqdim olunub.

Bundan başqa, yaxın günlərdə Prezident Sərdar Berdiməhəmmədovun sifarişinə əsasən "Togg" Türkmənistana da göndəriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.