Dünya

Pensiyalar rəqəmsal pulla veriləcək?

10 Aprel 2023 22:34
Baxış: 1 654
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina pensiyaların yalnız rəqəmsal rublla ödəniləcəyi ilə bağlı məlumatı yalan adlandırıb.

Milli.Az xəbər verir ki, Rusiya Federasiyası Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina Dövlət Dumasında çıxışı zamanı qeyd edib ki, son vaxtlar rəqəmsal rublun nağd pulu əvəz edəcəyi və pensiyaların yalnız rəqəmsal rublla ödəniləcəyi barədə çoxlu şayiələr yayılıb.

"Bu, tamamilə doğru deyil", - Rusiya Bankının rəhbəri əminliklə deyib.

Nabiullina izah edib ki, rəqəmsal rubl heç nəyi ləğv etmir və ya əvəz etmir. Onun sözlərinə görə, rəqəmsal rubl əlavə, başqa bir ödəniş üsuludur.

Bank rəhbəri onu da bildirib ki, həm nağdsız, həm də nağd pul dövriyyəsi inkişaf edəcək. (publika)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.