Dünya

Türkiyənin ilk amfibiya hücum gəmisi: 29 helikopter, 41 PUA daşıyacaq - VİDEO

10 Aprel 2023 20:00
Baxış: 839
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə pilotsuz döyüş təyyarələrini yerləşdirmək üçün hazırlanmış dünyanın ilk amfibiya hücum gəmisini istifadəyə verməyə hazırlaşır.

Milli.Az xəbər verir ki, yeni "TCG Anadolu" gəmisinin göyərtəsinə 10 helikopter və 11 PUA, anqarına isə 19 helikopter və 30 PUA yerləşdirilə bilər.

Uzunluğu 231 metr və eni 32 metrdir və ən azı 20,5 düyün sürətə çata bilir.

"TCG Anadolu"nun istehsalı hələ 2018-ci ildə başlayıb və 2022-ci ildən etibarən sınaqdan keçirilməyə başlanılıb.

Bu desant gəmisinin göyərtəsində "Bayraktar-TB2" PUA-ları yerləşdiriləcək ki, bu da Türkiyə ordusunun əməliyyatların aparılması imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. (publika)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.