Dünya

Altı aydır döyüşlərin getdiyi Baxmutdakı son durum açıqlanıb

10 Aprel 2023 21:00
Baxış: 984
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rusiya hərbi rəhbərliyi Baxmuta xüsusi təyinatlılarını cəlb etməli olacaq".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sirski deyib.

O söyləyib ki, şəhərdə vəziyyət çətin, lakin idarə olunandır: "Rusiya Silahlı Qüvvələri "Suriya" taktikasından istifadə edir. Yəni onlar hava zərbələri və artilleriya atəşi ilə binaları və mövqeləri dağıdırlar".

Generalın sözlərinə, Baxmutdakı "Vaqner"çilər artıq taqətdən düşüblər.

Qeyd edək ki, altı aydan çoxdur ki, Donetsk vilayətinin Baxmut şəhərində gərgin döyüşlər gedir. Rusiya hərbçiləri şəhəri mühasirəyə aldıqlarını deyirlər. Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə isə Baxmutda vəziyyət Ukrayna qoşunlarının nəzarəti altındadır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.