Dünya

Şimali Koreya Cənubi Koreyanın zənglərinə cavab vermir

10 Aprel 2023 07:31
Baxış: 636
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koreya Xalq Demokratik Respublikasının nümayəndələri artıq dördüncü gündür ki, koreyalararası rabitə xətlərində səhər zənglərinə cavab vermirlər.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, Pxenyan nümayəndələri hərbi xətt və koreyalararası əlaqə idarəsi vasitəsilə səhər zənglərinə cavab verməyiblər. Tərəflər gündə iki dəfə zəngləşirlər. Hərbi xətdən fərqli olaraq, həftə sonları koreyalararası idarə vasitəsilə əlaqə dəstəklənmir.

Şimali Koreya naməlum səbəbdən cümə günü Seuldan gələn zənglərə cavab verməyi dayandırıb. Koreya Respublikasının hakimiyyət orqanları bunun KXDR tərəfindəki texniki problemlərlə bağlı ola biləcəyini istisna etməyib. 2022-ci ilin iyun ayında Pxenyan güclü yağışlar nəticəsində yaranan nasazlıqlar səbəbindən əlaqəni dayandırıb.

Bəzi ekspertlər hesab edirlər ki, Pxenyan bununla ABŞ və Koreya Respublikasının təlimlərinə, həmçinin Seulun KXDR-dəki insan haqları məsələsində siyasi təzyiqinə etiraz edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.