Dünya

İrəvanda fərarilikdə şübhəli bilinən rusiyalı saxlanılıb

9 Aprel 2023 14:12
Baxış: 720
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın paytaxtı İrəvanda Rusiya vətəndaşı fərarilikdə şübhəli bilinərək saxlanılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Armenpress"ə Ermənistan Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 23 yaşlı rusiyalı Yuri T. fərarilik ittihamı ilə saxlanılıb. O, Rusiya təhlükəsizlik qüvvələri tərəfindən axtarışa verilmişdi.

Yuriyə qarşı "hərbi nəzarət" qətimkan tədbiri seçilib. Saxlanılması barədə Ermənistan prokurorluğu və axtarışın təşəbbüskarları olan Rusiya təhlükəsizlik qüvvələri məlumatlandırılıb.

Bu, yəqin ki, müharibə başlayandan bəri Rusiyada fərariliyə görə axtarışa verilmiş adamın Ermənistan polisi tərəfindən ilk saxlanmasıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.