Dünya

Afinada yəhudi mərkəzinə hücumu SEPAH planlaşdırıb

5 Aprel 2023 14:48
Baxış: 1 020
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir neçə gün əvvəl Afinada yəhudi mərkəzinə qarşı planlaşdırılan terror aktının müəllifi SEPAH komandiri olub.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu İsrailin yüksək rütbəli təhlükəsizlik rəsmilərindən biri deyib.

Onun sözlərinə görə, əməliyyata İranın Qum şəhərində yaşayan Pakistan əsilli 65 yaşlı Məhəmməd Möhsün Rza başçılıq edib:

Həmin şəxs SEPAH-ın tapışırığı ilə pakistanlılardan ibarət terror qrupu yaradıb və dünyanın müxtəlif ölkələrində yəhudilərə qarşı terror əməliyyatları planlaşdırıb".

Qeyd edək ki, ötən həftə Yunanıstan təhlükəsizlik qüvvələri Afinada yəhudi restoranı və sinaqoq da daxil olmaqla yəhudi və İsrail mərkəzlərinə hücum etməyi planlaşdıran iki şəxsi həbs etmişdi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.