Dünya

Şok: Pilotlar Netanyahunu Londona aparmadı

24 Mart 2023 21:28
Baxış: 749

İsrailin Baş naziri Benyamin Netanyahunun Böyük Britaniyaya səfəri pilotların onunla birlikdə təyyarədə uçmaqdan imtina etməsi səbəbindən təxirə salınıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Deyli Teleqraf" (The Daily Telegraph) Britaniya hökumətindəki mənbələrinə istinadla məlumat yayıb.

Pilotlar Netanyahunun ölkənin məhkəmə sistemində planlaşdırdığı islahatla razılaşmaması nəticəsində yaranan kütləvi etirazlara görə bu addımı atıb.

Qeyd edək ki, Netanyahu 23 martda Londona getməli idi. Onun bu gün səfəri reallaşdıra biləcəyi güman olunur.

Milli.Az

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics