Dünya

Şahzadə Uilyam Ukrayna sərhədi yaxınlığındakı hərbi bazaya gizli səfər edib

22 Mart 2023 22:20
Baxış: 891
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şahzadə Uilyam Polşanın cənub-şərqindəki Rzeşova hərbi bazasına qəfil səfər edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, o, Britaniya əsgərlərinə təşəkkür edib.

Şahzadə Uilyamın səfəri təhlükəsizlik baxımından gizli saxlanılıb.

Hərbi baza Ukrayna sərhədi yaxınlığında yerləşir.

"Burada etdiyiniz hər şeyə görə təşəkkür edirəm. Siz burada həqiqətən vacib bir iş görürsünüz. Azadlığımızı müdafiə etmək həqiqətən vacibdir. Hər kəs sizi dəstəkləyir",- deyə o, qeyd edib.

Qeyd edək ki, Rzeşov Ukrayna sərhədindən bir saatdan çox məsafədə yerləşir.

Britaniya qoşunları Polşanın hava məkanının təhlükəsizliyinə kömək etmək üçün oradadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.