Dünya

ABŞ-də nəhəng ilanlar çoxalır

22 Mart 2023 21:04
Baxış: 890
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Floridanı bürümüş nəhəng pitonların çoxalmasını dayandırmaq artıq nəticə verməyəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ABŞ Geoloji Xidmətinin mütəxəssisləri bu qənaətə gəliblər.

Florida ştatında tünd pələng rəngli pitonların populyasiyası ilə bağlı uzun illər aparılan tədqiqatların nəticələri "NeoBiota" elmi jurnalında dərc olunan məqalədə ümumiləşdirilib. Onun müəlliflərinin fikrincə, yaxın gələcəkdə insanlar bu sürünənlərə qalib gələ bilməyəcəklər.

Uzunluğu altı metrə çatan pitonlar ABŞ-yə Cənub-Şərqi Asiyadan gəlib. Ehtimal olunur ki, 1992-ci ildə Florida ştatında yaşanan Endrü qasırğası zamanı heyvanxanalardan və heyvan mağazalarından qaçan ilanlar sürətlə çoxalaraq indi ştatda insanlar üçün təhlükəyə çevriliblər.
2022-ci ildə ştatda illik piton ovu zamanı cəmi 231 piton öldürülüb və bu onların sayını azaltmaq üçün kifayət etməyib. Hətta Hindistandan Floridaya dəvət olunmuş irsi ilan tutanlar belə vəziyyəti xilas edə bilməyiblər.

Alimlərin fikrincə, artıq Floridadakı pitonları tamamilə məhv etmək mümkün deyil və yerli sakinlər bu nəhəng sürünənlərlə birgə yaşamağa alışmalıdırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.