Dünya

Pakistanlı general pusquya salındı və öldürüldü

22 Mart 2023 07:35
Baxış: 1 042
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pakistanın Hayber Paxtunxva əyalətində Xidmətlərarası Kəşfiyyat İdarəsinin zabiti, briqada generalı Mustafa Kamal Barki terrorçuların pusqusuna düşərək həyatını itirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Pakistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, terrorçularla baş verən atışmada Barki və sürücüsü həyatını itirib, 7 hərbçi isə yaralanıb.

Hücumun hansı qruplaşma tərəfindən təşkil edildiyi açıqlanmasa da, bu kimi təxribatların "Pakistan Talibanı" tərəfindən planlaşdırıldığı ehtimal edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.