Dünya

Çin ən böyük düşməndir - Senator qanun hazırladı

22 Mart 2023 02:44
Baxış: 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın respublikaçı senatoru Coş Houli Çin ilə normal ticarət əlaqələrini dayandırmaq üçün Konqresə qanun layihəsi təqdim edib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə danışan senator belə bir qərarın ABŞ-ın Çindən iqtisadi cəhətdən asılılığı azaldacağını bildirib.

"Çin ABŞ-ın ən böyük düşmənidir. İş yerləri, sənaye və gələcək üçün şiddətli iqtisadi rəqabətdə qalib gəlməkdən ötrü ABŞ uğurunun uzun müddət davam edən düsturuna - güclü və müstəqil işçilərə qayıtmalıdır. Vaşinqtonda siyasətçilərin illərlə "uzaqgörən" qərarları problemi daha da dərinləşdirdi", - senator qeyd edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.