Bu qadının Rusiya casusu olduğu ortaya çıxdı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yunanıstanda 2018-ci ildən bu ölkədə gizli fəaliyyət göstərən casus aşkarlanıb.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Yunanıstan Milli Kəşfiyyat Xidməti açıqlama verib.
Açıqlamada Maria T. olaraq tanınan və paytaxt Afinanın Pangrati rayonunda yaşadığı deyilən qadının əslində İrina A.S. olduğu qeyd olunub.
Kəşfiyyat orqanı sözügedən şəxsin milliyyəti və tam adı ilə bağlı ətraflı məlumat paylaşmayıb. Ancaq Yunanıstan mətbuatında çıxan xəbərlərdə onun İrina Aleksandrovna Smireva adlı Rusiya vətəndaşı olduğu iddia edilib. Smirevanın Yunanıstan vətəndaşlığı alarkən istifadə etdiyi adın Maria Tsalla olduğu bildirilib.
Həmçinin Smirevanın əslində 35 yaşında olduğu, lakin vətəndaşlıq alarkən özünü 33 yaşında göstərdiyi iddia edilib.
Casusun fotoqraflıqla məşğul olduğu və "Galazio" adlı toxuculuq mağazası işlətdiyi vurğulanıb.
Qeyd edilib ki, Yunanıstan Milli Kəşfiyyat Xidməti bir müddət Smirevanı izləyib, bundan sonra Rusiya Xarici Kəşfiyyat Xidməti onu yanvarda Moskvaya geri çağırıb.
Smirevanın fəaliyyəti ilə bağlı təfərrüatlı məlumat paylaşılmasa da, onun işinin təkcə Yunanıstanla məhdudlaşmadığı, keçmişdə Avropa Birliyindəki digər ölkələrə də casusluq etmiş ola biləcəyi deyilib.
Yunanıstanın aparıcı qəzetlərindən biri olan "Ta Nea" internet saytındakı xəbərdə Smirevanın qonşusu onunla bağlı fikirlərini dilə gətirib. "Biz onu tanıyırdıq. Çox ünsiyyət qurmazdıq, amma üç-dörd dildə danışması məni heyran etmişdi. İngilis, alman və fransız dillərində danışırdı. Düzü, onu bir müddətdir görmürəm", - deyə o bildirib.
Xəbərdə o məqama da diqqətə çəkilib ki, sosial media hesablarında çox sayda fotoları olan Smireva demək olar ki, onların hamısında üzünü gizlədib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
-
“Messinin transferi üçün 500 milyon təklif etmişdim” - Massimo Moratti
-
Vüsalə Əlizadə qardaşının məzarında - "Qara daş məni sakitləşdirir" - (Video)
-
“Kızılcık Şerbeti”ndən rekord
-
Ronaldu "Ən-Nəsr"dən gedir
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Qazaxıstana səfər edib
-
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
-
Sabunçu və Xətaidə qaz kəsiləcək
-
ADMİU-nun I kurs tələbələrini aşağılayan şəxs barədə qərar verildi - Yenilənib
-
Gəlin toyda suyun içindən keçdi - (Video)
-
Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının xristian irsinin izləri var - Hikmət Hacıyev
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
Ölüm hədəsi ilə üzləşən qapıçı 6 qol buraxdı
-
Şəhərətrafı qatar reyslərinin sayı 100-ə çatdırılır
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
-
Tələbələr üçün gediş haqqı daha ucuz olacaq
-
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - (Foto)





