Dünya

Göbələk əleyhinə dərmana məşhur aktyorun adı verildi

12 Mart 2023 22:04
Baxış: 862
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Göbələklə mübarizə üçün icad edilmiş yeni preparata Hollivud aktyoru Kianu Rivzin adı verilib.

Milli.Az "Medicina"-ya istinadən xəbər verir ki, alman alimləri həm bitki, həm insanlar üçün zərərli olan göbələklərə qarşı dərmanın adını "kianumiçinam"adını veriblər.

Professor Pyer Stallfort bu barədə belə açıqlama verib.

"Kianu Rivz öz düşmənləeinə qarşı effektiv mübarizə aparan qəhrəmanların rolunu ifa edib. Biz onda mübarizlik simvolu görürük. Yeni dərmanımız da göbələkləri belə məhv edəcək".

Aktyor bu xəbərə artıq reaksiya verib. O bildirib ki, dərmanı onun ifa etdiyi Con Uik şərəfinə adlandırmaq daha uyğun olardı. Çünki qəhrəman personajlarıdır, o özü deyil.

"Amma yenə də bu mənim üçün gözlənilməz idi. Təşəkkürlər alimlər".

Qeyd edək ki, artıq preparat bazara çıxarılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.