Rusiyalı urbanist bloqer İlya Varlamov öz sosial şəbəkə səhifəsində Türkmənistan vətəndaşlığını aldığını bildirib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, o, yeni pasportunun fotoşəkillini paylaşıb. Varlamov sənədi açıq formada göstərməyib, yalnız üz qabığını nümayiş etdirib. O bildirib ki, Türkmənistan vətəndaşlığını bu gün ölkənin İstanbuldakı səfirliyində qəbul edib.
Qeyd edək ki, 2022-ci ildə 4306 nəfər Rusiya vətəndaşlığından imtina edib. Bu rəqəm son üç ilin ən yüksək göstəricisi olub.
Milli.Az