Dünya

Mənzildən gələn naməlum pis qoxu beş nəfəri zəhərlədi - FOTO

5 Mart 2023 10:32
Baxış: 1 253
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Kocaeli vilayətində evdə yayılan pis qoxu 5 nəfərin zəhərlənməsinə səbəb olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, mənzildən gələn pis qoxu səbəbilə səhər saatlarında eyni evdə yaşayan 4 nəfər zəhərlənib. Həmçinin aşağı mərtəbədə yaşayan polisin də qoxudan zəhərlənərək xəstəxanaya aparıldığı məlum olub. Bölgəyə gələn AFAD qrupları mənzildə xüsusi geyim və qaz maskaları ilə araşdırmalara başlayıb.

Zəhərlənənlərin yaşadığı mənzilin vanna otağının havalandırma boşluğunda işlər gücləndirilib, lakin qoxunun səbəbi tapılmayıb. Bu halda bütün mənzillərdə yoxlamalar aparılıb.

Ərazidəki kanalizasiya qapaqları və mənzilin altında xidmət göstərən restoranın yeməkləri də yoxlanılıb.

Araşdırmalar davam edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.