Dünya

Çinlilər gizli kosmosa uçdu - ŞOK İDDİALAR

6 Mart 2023 07:30
Baxış: 890
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinli taykonavtların (kosmosda texniki işlər görən astronavtlar) kosmosa gizli çıxışı barədə xəbər yayılıb.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, "Shenzhou-15" kosmik gəmisinin ekipaj üzvləri Fey Tsyunlun və Çjan Lu açıq kosmosda texniki tədbirlər görüblər və Çin bu barədə heç bir beynəlxalq kosmik stansiyaya məlumat verməyib.

Xarici media taykonavtların bu fəaliyyətinin çox məxfi xarakter daşıdığını  bildirərək, Çinin hansısa böyük gizli planlara start verdiyini yazır.

"Əgər Çin öz kosmik fəaliyyətini gizli saxlayarsa, bu digər dövlətlər tərəfindən də təkrarlanacaq və yaxşı nəticələrə gətirib çıxarmayacaq".

Bir müddət öncə eyni media orqanı Çinin kosmosda yerləşdirilmiş aparat vasitəsilə Yer kürəsində süni təbii fəlakətlər törətdiyini, zəlzələ və daşqınlara səbəb olduğunu iddia etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.