Dünya

Biznesmenin 20 milyonunu alıb ayağını qırdılar

3 Mart 2023 14:02
Baxış: 998
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyanın Moskva vilayətində dörd naməlum şəxs iş adamına hücum edərək ondan 20 milyon rubl alıb. 

Milli.Az Lent.az-a istinadla bildirir ki, daha sonra onlar biznesmenin ayağını sındırıb.

Hadisə Krasnoqorskda baş verib. Məlumata görə, sahibkar təcili olaraq valyuta almaq qərarına gəlib. O, öz köməkçisi olan qıza niyyətini söyləyib. Qız tez bir zamanda mübadilə edə biləcək insanlar tapıb.

İş adamı banka gələrkən kombinezonlu şəxslər onu yerə yıxaraq bütün pulları götürüblər. Bundan sonra iş adamının ayağını sındıraraq qaçıblar.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.