Dünya

PSJ-nin prezidentindən Türkiyəyə 50 milyonluq yardım

2 Mart 2023 21:07
Baxış: 821
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

PSJ-nin prezidenti Nasser Əl-Xelaifi Türkiyədə baş verən zəlzələlərdən əziyyət çəkənlərə yardım məqsədi ilə təşkil olunan "Çiyin-Çiyinə" kampaniyasına qoşulub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Canlı yayımlanan proqrama telefon zəngi ilə qatılan qətərli milyarder kədərini ifadə edib və bütün səmimiyyəti ilə əlindən gələn yardımı əsirgəmədiyini söyləyib. O, ianə etdiyi məbləği açıqlamayıb.

Proqramın aparıcısı Acun İlıcalı isə PSJ rəhbərinin nə qədər yardım etdiyini açıqlayıb. Əl-Xelaifi ümumilikdə 50 milyon lirə (4,5 milyon manat - red.) ianə edib.

PSJ rəhbəri yardımı sahibi olduğu klub, "beIN Media Group" və Avropa Klublar Assosiasiyası adına etdiyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.