Dünya

Tiktokla bağlı çağırış

1 Mart 2023 08:35
Baxış: 687
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Danimarka Parlamenti deputat və bütün əməkdaşları kibertəhlükəsizlik tədbiri kimi casusluq riskinin olduğunu əsas gətirərək, iş telefonlarında Tiktok tətbiqini istifadə etməməyə çağırıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, məclis 179 deputata xüsusi elektron ünvan göndərərək, onları Tiktok proqramından istifadə etməkdən çəkinməyə və telefonlarından bu proqramı silməyə çağırıb.

Qeyd edək ki, bu ayın əvvəlində Avropa Komissiyası məxfilik problemləri və artan kibertəhlükəsizliyi əsas gətirərək, işçilərin iş telefonlarında və biznes məlumatlarına çıxışı olan şəxsi smartfonlarında Tiktokdan istifadə etməyi müvəqqəti olaraq qadağan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.