Dünya

Gəmi qəzaya uğradı: 59 nəfər öldü - VİDEO

27 Fevral 2023 17:11
Baxış: 842
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyanın cənub sahillərində Avropaya miqrantları daşıyan taxta yelkənli gəmi qayalara çırpılması nəticəsində 12-si uşaq olmaqla azı 59 nəfər həlak olub.

Milli.Az xəbər verir ki, Türkiyədən gələn gəminin içərisində Əfqanıstan, İran və bir sıra digər ölkələrdən miqrantlar olub.

Əyalət hökumətinin rəsmisi Manuela Kurra "Reuters" agentliyinə bildirib ki, gəmi qəzasında 81 nəfər sağ qalıb. Onlardan 20 nəfəri xəstəxanaya yerləşdirilib, onlardan biri reanimasiyadadır.

İtaliya polisi bildirib ki, gəmi təxminən dörd gün əvvəl Türkiyənin qərbindəki İzmir limanından yola düşüb və şənbə günü axşam saatlarında Avropa İttifaqının sərhəd agentliyi Frontex tərəfindən idarə olunan təyyarə tərəfindən İtaliya sahillərində qəzaya uğramış vəziyyətdə tapılıb. (publika)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.