İtaliyanın cənub sahillərində Avropaya miqrantları daşıyan taxta yelkənli gəmi qayalara çırpılması nəticəsində 12-si uşaq olmaqla azı 59 nəfər həlak olub.
Milli.Az xəbər verir ki, Türkiyədən gələn gəminin içərisində Əfqanıstan, İran və bir sıra digər ölkələrdən miqrantlar olub.
Əyalət hökumətinin rəsmisi Manuela Kurra "Reuters" agentliyinə bildirib ki, gəmi qəzasında 81 nəfər sağ qalıb. Onlardan 20 nəfəri xəstəxanaya yerləşdirilib, onlardan biri reanimasiyadadır.
İtaliya polisi bildirib ki, gəmi təxminən dörd gün əvvəl Türkiyənin qərbindəki İzmir limanından yola düşüb və şənbə günü axşam saatlarında Avropa İttifaqının sərhəd agentliyi Frontex tərəfindən idarə olunan təyyarə tərəfindən İtaliya sahillərində qəzaya uğramış vəziyyətdə tapılıb. (publika)
Milli.Az