Dünya

Zelenski onu vəzifəsindən azad edib

27 Fevral 2023 07:57
Baxış: 1 011
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Donbasda hərbi əməliyyatlar aparan Birləşmiş Qüvvələrin Əməliyyatının (BQƏ) komandiri general-mayor Eduard Moskalyovu vəzifəsindən azad edib.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski müvafiq sərəncam imzalayıb.

Xatırladaq ki, E. Moskalyov bu vəzifəyə ötən il martın 15-də təyin olunmuşdu.

Qeyd edək ki, Birləşmiş Qüvvələrin Əməliyyatı Ukrayna hüquq-mühafizə orqanlarının Rusiya və rusiyayönlü silahlı qrupların (Donbasdakı separatçıların) fəaliyyətinə qarşı yönəlmiş hərbi və xüsusi təşkilati-hüquqi tədbirlər kompleksidir.

Əməliyyat "Donetsk və Luqansk vilayətlərində müvəqqəti zəbt olunmuş ərazilərdə Ukraynanın dövlət suverenliyinin təmin edilməsi üzrə dövlət siyasətinin xüsusiyyətləri haqqında" Ukrayna qanununun icrası ilə nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.