Birləşmiş Ştatlar Rusiyanın Ukrayna Krımının qanunsuz ilhaqını heç vaxt tanımayacaq.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
"Doqquz il əvvəl Rusiya Ukraynanı zəbt etdi, Krımı ələ keçirdi və beynəlxalq hüququ, Ukraynanın suverenliyini, ərazi bütövlüyünü açıq şəkildə pozdu. ABŞ Ukrayna Krım Platformasının Rusiyanın davam edən zəbtinə qlobal diqqəti cəlb etmək səylərini alqışlayır. Vaşinqton yarımadanın Rusiya tərəfindən ilhaqını tanımır və heç vaxt tanımayacaq, Krım Ukraynadır!", - məlumatda deyilir.
Milli.Az