Dünya

Rusiya qeyri-sabit olacaq, buna hazır olun - Pavel

26 Fevral 2023 16:04
Baxış: 1 361
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynaya qarşı müharibə nəticəsində Rusiya uzun müddət qeyri-sabit olacaq və NATO-nun müxtəlif ssenarilərə hazır olması vacibdir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Çexiya Prezidenti Pyotr Pavel deyib.

"Putin getdikdən sonra Rusiyada hakimiyyət uğrunda daxili mübarizənin müxtəlif ssenariləri ola bilər. Ola bilsin ki, yeni lider dialoq və əməkdaşlığı bərpa etməyə daha çox meylli olacaq. Və ya potensial olaraq Putindən daha pis biri olacaq. Bunu təxmin etmək çətindir, amma hesab edirəm ki, Rusiya iqtisadiyyatında və cəmiyyətində struktur problemlərinin sayını nəzərə alaraq uzun müddət qeyri-sabit olacaq. Ona görə də biz bu reallıqla yaşamalıyıq. Və buna görə də hamımızın yaxından işləməyə hazır olmağımız və müxtəlif variantlarla necə məşğul olacağımıza dair planımızın olması vacibdir", - Pavel bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.