Dünya

Bayden Kennedinin prinsiplərinə xəyanət etdi - ŞOK SÖZLƏR

26 Fevral 2023 21:01
Baxış: 835
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Dövlət Departamentinin keçmiş rəsmisi Ceyms Soriano hesab edir ki, ABŞ prezidenti Co Baydenin Rusiyanın Ukraynada qələbəsinin yolverilməzliyi ilə bağlı sözləri Con Kennedinin təməlini qoyduğu Amerika xarici siyasətinin prinsiplərinə ziddir.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə o, Soriano bu barədə "American Thinker" nəşrinə yazdığı məqalədə qeyd edib.

O xatırladıb ki, Kennedi 1963-cü ildə etdiyi məşhur çıxışında bildirib ki, ABŞ nüvə silahına malik olan ölkələrlə hər hansı qarşıdurmanın qarşısını almalıdır. Bunun nəticəsində nüvə silahından istifadə riski sıfıra ensin.

"Kennedinin 47 yaşı var idi ki, o, Amerikanın digər nüvə gücləri ilə gələcək münasibətlərini idarə edəcək şəxslərə bu müdrik məsləhəti verirdi. Bu gün indiki ABŞ administrasiyasının Rusiyaya münasibətdə rəhbər tutduğu prinsip bu deyil. Prezident Bayden Kennedinin prinsiplərinə xəyanət etdi" -deyə Soriano bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.