Dünya

Dağıntılar arasından tapılan qızıl kəmərlərlə dolu çantanın kimə məxsus olduğu məlum oldu - VİDEO

24 Fevral 2023 21:22
Baxış: 2 592
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kahramanmaraşda zəlzələlərdən sonra dağıntıların çıxarılması işləri zamanı bir qazma operatoru qızıl kəmərlərlə dolu çanta tapıb.

Milli.Az manset.az-a istinadən bildirir ki, xəbərdarlıq üzərinə gələn polis, protokolla dolu qızıl çantanı götürüb. Çantanın Kahramanmaraşın məşhur zərgəri İbrahim Zabuna məxsus olduğu müəyyən edilib.

Zəlzələ fəlakətində dağılan Pentapark mənzilində yaşadığı öyrənilən İbrahim Zabun və uşaqlarının dağıntılar altından sağ çıxıb-çıxmadığı məlum deyil.

Qızıl kəmərlərin hər birinin 10 min dollar dəyərində olduğu bildirilib.

Kahramanmaraş Polis İdarəsində saxlanılan qızıllar sağ qalsa İbrahim Zabuna, əks halda varislərinə veriləcək. Vərəsələrin çıxmaması halında qızıl kəmərlərin 5 ildən sonra Milli Mülkiyyətə keçəcəyi açıqlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.