Dünya

Dəhşətli qəza: 5 ölü, 11 yaralı - VİDEO

23 Fevral 2023 20:59
Baxış: 1 385
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada, Samara vilayətində mikroavtobus qəzaya düşüb.

Milli.Az bu haqda REN TV-yə istinadən xəbər verir.

Kadrlardan görünür ki, "Qazel" metal yığınına çevrilib.

Telekanalın mənbəsinin məlumatına görə, qəza nəticəsində ikisi uşaq olmaqla beş nəfər ölüb. Daha 11 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin regional Baş İdarəsindən bildirildiyi kimi, fevralın 23-də səhər saatlarında Nefteqorsk rayonu ərazisində, M-5 "Ural" avtomobil yolunun 83-cü kilometrliyində üç minik avtomobili - sərnişin avtobusu, "Qazel" və yük maşını toqquşub.

Avtobusun Samaradan Orenburqa getdiyi, salonda 15 nəfərin olduğu məlum olub. Faciə ilə bağlı rayon prokurorluğu araşdırma aparır.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.