Dünya

Baydendən Ukrayna açıqlaması

22 Fevral 2023 07:25
Baxış: 735
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"ABŞ və müttəfiqləri Rusiyanın Ukraynadakı hərəkətlərinə cavab verə biliblər".

Milli.Az "report"a istinadən bildirir ki, bunu Polşada səfərdə olan ABŞ Prezidenti Cozef Bayden deyib.

Bayden hesab edir ki, ötən il Vaşinqton və onun müttəfiqləri Rusiyanın Ukraynadakı hərəkətlərinə müqavimət bacarığını nümayiş etdirib.

"Bütün dünya sınaq qarşısındadır. Avropa sınaq qarşısındadır, Amerika sınaq qarşısındadır, NATO sınaq qarşısındadır. Cavab verəcəyik, yoxsa üz çevirəcəyik? Güclü, yoxsa zəif olacağıq?" - Amerika lideri bildirib.

Bayden əlavə edib ki, NATO Ukraynadakı münaqişədən parçalanmayacaq və yorulmayacaq, Vaşinqton və müttəfiqlərinin Kiyevə dəstəyi zəifləməyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.