Dünya

ABŞ Ukraynaya dəstəyini azaltmayacaq - Bayden AÇIQLADI

21 Fevral 2023 21:33
Baxış: 551
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polşaya səfəri zamanı ABŞ Prezidenti Co Bayden Varşavada əhalinin qarşısında çıxış edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, təxminən 20 dəqiqə çəkən çıxış əksər televiziyalarla canlı yayımlanıb.

Baydenin çıxışının əsas mövzusu Ukrayna münaqişəsi olub.

"Rusiyanın torpaq acgözlüyü onu məğlubiyyətə sürükləyir. Ukrayna qələbə qazanacaq... Son 1 ildə Vladimir Putinin qeyri-mümkün hesab etdiyi proseslər baş verdi. Dünyada demokratiya gücləndi, avtoritarizm zəiflədi. Rusiya qoşunları çıxılmaz vəziyyətdədir" - deyə Bayden bildirib.

Bayden ABŞ-ın Kiyevə dəstəyi azaltmayacağını vurğulayıb. ABŞ prezidenti yaxın günlərdə Rusiyaya qarşı yeni sanksiyaların da tətbiq olunacağını elan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.