Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ Prezidenti Co Baydenin Ukraynanın paytaxtı Kiyevə səfərini tamaşa adlandırıb.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, o, Ukraynaya yeni hərbi yardım paketini də eyni formada qiymətləndirib.
Xatırladaq ki, Bayden fevralın 20-də Kiyevə gələrək Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.
Bayden hazırda Polşada rəsmi səfərdədir. Yaxın bir saatda o, Ukraynadakı vəziyyətlə bağlı xüsusi çıxış etməlidir.
Milli.Az