Dünya

"Ermənistan Türkiyə ilə ünsiyyət formatını dəyişməlidir"

20 Fevral 2023 22:44
Baxış: 942
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Türkiyə hakimiyyətdə kimin və hansı siyasi qüvvəyə mənsubiyyətindən asılı olmayaraq eyni xarici siyasəti davamlı şəkildə həyata keçirir. Ankaranın Ermənistanla bağlı siyasəti dəyişməz qalır, Ermənistan isə ardıcıl olaraq dövlət ləyaqətini itirir".

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu sözləri erməni türkoloq Ruben Melkonyan Qarabağda separatçı hərəkatın 35 illiyinə həsr olunmuş konfransda deyib.

Melkonyan sözlərinə görə, Türkiyə xüsusilə "Şuşa Bəyannaməsi"nin imzalanmasından sonra artıq Qarabağ müharibəsinin tam iştirakçısı və Azərbaycanın müttəfiqidir. Lakin 1990-cı illərdən fərqli olaraq, indi daha sərbəst hərəkət edir.

Erməni ekspert Türkiyənin dəyişdiyini, regional supergüc olmağa çalışdığını vurğulayıb.

"Ermənistan Türkiyə ilə ünsiyyət formatını dəyişməli, sentimentallığa getməməli, bu ölkənin açıq-aşkar təhlükəsini dərk etməlidir, - deyə Ruben Melkonyan qeyd edib.

Onun sözlərinə görə, məğlub olan lider ölkəni idarə edə bilməz, çünki o, bütün istəyinə rəğmən Ermənistanın maraqlarını müdafiə etmək qabliyyətində olmayacaq. "Münhendə də məhz bu göründü", - deyə Melkonyan söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.