Dünya

Makron Zelenski ilə Kiyevə hərbi yardımın artırılmasını müzakirə edib

20 Fevral 2023 08:10
Baxış: 670
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa prezidenti Emmanuel Makron bazar günü ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı keçirib. Liderlər Kiyevə hərbi yardımın gücləndirilməsi və sürətləndirilməsi məsələsini müzakirə ediblər.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə BFM TV Yelisey sarayının mətbuat xidmətinə istinadən məlumat yayıb. TV xəbər verir ki, prezidentlər "Ukraynaya hərbi dəstəyin gücləndirilməsi və sürətləndirilməsinin zəruriliyi ilə bağlı avropalı tərəfdaşlar və NATO ölkələrinin Münxen Təhlükəsizlik Konfransı zamanı üzərinə götürdüyü öhdəlikləri müzakirə ediblər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.