Dünya

Ata öz oğlunu samuray qılıncı ilə öldürdü

17 Fevral 2023 21:16
Baxış: 1 255
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin Sıçuan əyalətinin Mianyanq şəhərinin sakini dərslərini zəif oxuduğu üçün oğlunu səhvən yapon samuray qılıncı ilə öldürüb və 12 il həbs cəzası alıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb. Yan Çyuznmin bir neçə il əvvəl həyat yoldaşının xəyanət etdiyini biləndən sonra boşanıb. O vaxtdan bəri ata 13 yaşlı oğlu ilə tək yaşayıb və dediyinə görə, onun gələcəyinə böyük ümidlər bəsləyib.

Onlayn şəkildə baş tutan valideyn iclasında isı müəllimlər kişiyə oğlunun məktəbdə dərslərini yaxşı oxumadığını və PE testində 100 baldan 18 bal topladığını deyiblər.

Görüşdən sonra ata oğlanı tənbəllikdə və zəif oxumaqda ittiham edib. Oğlanın "Siz həmişə məni kifayət qədər çalışqan olmadığım üçün günahlandırırsınız. Mən kifayət qədər ciddi oxumuşam" sözlərini eşidən ata hirslənərək onu samuray qılıncı ilə vurub. Qılınc uşağın belində 10 santimetr uzunluğunda yara qoyub.

Junminq dərhal təcili yardım çağırıb. Uşaq xəstəxanaya yerləşdirilib. Həkimlər təcili əməliyyat keçirsələr də, onu xilas edə bilməyiblər. O, qan itirmədən dünyasını dəyişib. Həmçinin həkimlər oğlanın bədənində başqa, köhnə xəsarətlər də aşkar edib. Onların fikrincə, uşaq əvvəllər də dəfələrlə döyülüb.

"Mən sadəcə onu qorxutmaq istəyirdim" , - uşağın atası polisə ifadəsində deyib. Məhkəmə qatili 12 il müddətinə azadlıqdan məhrum edib. (publika)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.