Dünya

6 yaşlı Miray 178 saat sonra sağ çıxarıldı - VİDEO

13 Fevral 2023 15:00
Baxış: 1 825
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə zəlzələdən əziyyət çəkən bölgələrdə axtarış əməliyyatları davam etdirilir.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Qaziantepdə Sibel Kaya adlı 40 yaşlı qadın zəlzələdən 170 saat sonra xilas edilib. O, beşmərtəbəli binanın uçması nəticəsində dağıntılar altında qalıb. Yaralı qadın xəstəxanaya çatdırılıb.

Hatayda isə Naide Umar adlı qadın 175 saat sonra dağıntılar altından sağ çıxarılıb. Bununla yanaşı, Hatayda adı açıqlanmayan daha bir nəfər 176 saat sonra xilas edilib.

Adıyamanda isə xilasedicilər Bünyamin İdacı adlı 35 yaşlı şəxsi 177 saat sonra dağıntılar altından sağ çıxara biliblər. Eyni zamanda, Adıyamanda 6 yaşlı Miray da 178 saat sonra xilas edilib.

Hatayın Antakya bölgəsində də zəlzələdən 177 saat sonra 26 yaşlı Derya Akdoğan dağıntılar altından sağ olaraq çıxarılıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.