Dünya

Azərbaycanlı tələbələrdən heç bir xəbər yoxdur - RƏSMİ

13 Fevral 2023 10:34
Baxış: 2 172
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Türkiyənin Malatya şəhərində dağıntılar altında qalan azərbaycanlı tələbələrdən xəbər almaq mümkün deyil".

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı məlumat verib. 

O qeyd edib ki, tələbələrin yaşadıqları binadan bir neçə cəsəd çıxarılıb, onlardan isə hələ ki heç bir iz yoxdur:

"Tələbələrdən birinin atasından və qardaşından indicə gələn mesajlar adamı dəhşətə gətirir.

Tələbələri tapa bilmirlər. Qazıntı aparanlar az qala binanın dibinə qədər gedib çıxırlar. Bir neçə insanın cansız bədənini çıxarıblar. Azərbaycanlı tələbələrdən isə hələ ki heç bir iz yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.