Dünya

Ukrayna ordusu son sutkada Rusiyanın daha 1140 hərbçisini məhv etdi

11 Fevral 2023 11:26
Baxış: 1 027
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna ordusu son sutkada Rusiyanın 1140 hərbçisini məhv edib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Ukrayna ordusu müharibə başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 136 880 hərbçisini zərərsizləşdirib.

Müharibə başlayandan indiyədək Rusiyanın digər döyüş itkiləri 3 267 tank, 6 474 zirehli maşın, 1997 operativ-taktiki PUA, 2270 artilleriya sistemi, 463 reaktiv yaylım atəşi sistemi, 234 hava hücumundan müdafiə sistemi, 295 təyyarə, 18 gəmi, 286 helikopter, 857 qanadlı raket, 18 gəmi, 5 134 avtomobil və tanker, 214 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, ötən sutka Ukrayna müdafiəçiləri Rusiyanın 61 qanaldı raketini məhv edib.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci il fevralın 24-də başlayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.