Dünya

Türkiyə və Qərb alimlərindənr qorxunc xəbərdarlıq: "Bu, son 500 ildə..."

7 Fevral 2023 08:47
Baxış: 4 442
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə və bəzi Qərb mütəxəssisləri hesab edirlər ki, son 500 il ərzində eyni fəlakət zonasında iki ardıcıl zəlzələnin baş verməsi təhlükənin davam etdiyini göstərir... Onlar  iddia edirlər ki, tektonik laylar iki hissədən qırıldığı üçün qarşıdakı günlərdə daha dəhşətli təbii fəlakətlər istisna olmadığından diqqətli və ehtiyatlı olmaq vacibdir...

Milli.Az musavat.com-a istinadən bildirir ki, türk dünyası qardaş Türkiyədə baş vermiş təbii fəlakətlə sarsılmış durumdadır. Gecə saatlarına təsadüf edən 7,6 bal gücündə zəlzələ Türkiyənin 10 əyalətində bir çox şəhərlərdə böyük dağıntılara səbəb olub. Eyni zamanda, bunun ardınca 6-6,5 bal gücündə təkanların baş verməsi ardıcıl şəkildə davam edib. Günorta saatlarındasa, 7,7 bal gücündə daha bir zəlzələ baş verib. Və təhlükənin hələ davam etdiyi bildirilir.

Nəticələr faciəvidir, yüzlərlə həlak olan, minlərlə yaralanan var. Yekun vəziyyəti isə hələlik təxmin belə, eləmək mümkün deyil. Böyük ehtimalla xilasetmə prosesi sona çatdıqdan sonra təbii fəlakətin əhatə dairəsi də aydınlaşmağa başlayacaq. Və bu baxımdan, indiki situasiyada Türkiyənin genişmiqyaslı dəstəyə ehtiyacı olduğu qətiyyən şübhə doğurmur.

Bu çətin günlərdə Türkiyənin köməyinə tələsən ilk ölkədə məhz Azərbaycan oldu. Rəsmi Bakı fəlakət zonasına dərhal xilasedicilər göndərdi və Azərbaycanın Türkiyənin yanında olduğunu, hər cür dəstəyə hazır olduğunu bəyan etdi. Və Türkiyənin hərbi-strateji müttəfiqi olan Azərbaycanın bu davaranışı qətiyyən gözlənilməz xarakter daşımır.

Təbii ki, Türkiyəyə yardıma tələsən dövlətlərin sırasında dünyanın bir çox nüfuzlu ölkələri də var. Azərbaycanın ardınca, Pakistan, Yaponiya və İsrail də Türkiyəyə dərhal xilasedicilər göndəriblər. Sonradan bu prosesə ABŞ, Ukrayna, Finlandiya, Rusiya, Yunanıstan, Almaniya, Fransa, Tayvan, Polşa, İspaniya və Hindistan da qoşuldu. Avropa Birliyi isə ərazilərində təbii fəlakət baş vermiş Türkiyə və Suriyaya yardım göstərməyə hazır olduğunu bəyanlayıb.

Digər maraqlı bəyanatlardan biri də NATO-dan gəlib. Belə ki, NATO-nun baş katibi Yens Stoltenberq rəhbərlik etdiyi hərbi-siyasi alyansın Türkiyəyə dəstək üçün hazırlıqlara başlayıb. Yəni, dünyanın ən nəhəng və çevik hərbi ittifaqı olan NATO bu qurumun aparıcı ölkələrindən olan Türkiyəyə yardım üşün hələ hazırlıq prosesi içərisindədir.

Halbuki, təbii fəlakətə qarşı dərhal hərəkətə keçmək vacibdir və çeviklik minlərlə insanın həyatını xilas edə bilər. NATO-nun hazırlaşdığı bir məqamda uzaq Yaponiya isə Türkiyənin yardımına yetişməyə artıq imkan tapıb. Bu baxımdan, NATO-nun, eləcə də Avropa Birliyinin bu qədər ləng davranması istər-istəməz təəssüf doğurur.

Təbii ki, Türkiyə güclü dövlətdir və kifayət qədər fədakar dostlara da, müttəfiqlərə də sahibdir. Bu qardaş ölkə nə qədər ağır vəziyyətdə olsa da, mövcud situasiyadan mütləq çıxa biləcək. Rəsmi Ankara artıq təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün bütün resurslarını hərəkətə gətirib. Və hazırda baş verənlərin Türkiyəni sarsıdacağına ümid bəsləyənlər tezliklə yanılmalı olacaqlar.

Onu da qeyd etmək lazımdır ki, Türkiyənin elm xadimlərini yaxın dövrlərdə daha təhlükəli situasiyaya hazır olmağı məsləhət görürlər. Onların fikrincə, son 500 il ərzində eyni fəlakət zonasında iki ardıcıl zəlzələnin baş verməsi təhlükənin davam etdiyini göstərir. Yəni, iddia edirlər ki, tektonik laylar iki hissədən qırıldığı üçün qarşıdakı günlərdə daha da diqqətli və ehtiyatlı olmaq vacibdir.

Göründüyü kimi, Türkiyə bir dövlət olaraq, real təhlükə qarşısında qalıb. Bu qardaş ölkə 1939-cu ildən sonra ən dağıdıcı təbii fəlakətlə üzləşsə də, daha dəhşətli zəlzələ proqnozlarından da narahatdır, öz vətəndaşlarını qorumaq üçün bütün imkanlarını səfərbər edib. Xüsusilə də, amerikalı mütəxəssislərin xəbərdarlıqları hazırda ciddi şəkildə araşdırılmağa başlanıb.

Halbuki, elə indinin özündə də baş verənlərin nəticələri qorxuncdur. Hətta hesab etmək olar ki, Türkiyə hazırda sözün əsl mənasında, apokolipsis durumu ilə qarşı-qarşıya qalıb. Dağıntıların altında çoxlu sayda insanın qaldığı bildirilir. Bu səbəbdən də insan itkilərinin sayının daha da arta biləcəyi qətiyyən istisna olunmur. Belə ardıcıl zəlzələləri və dəhşətli dağıntıları yəqin ki, tektonik silahın tətbiq olunması ilə törətmək mümkün ola bilərdi.

Əlbəttə ki, tektonik silahın həqiqətən mövcud olub-olmadığı məlum deyil. Hər halda, belə bir silahın ixtira edilməsi hələlik təsdiqlənməyib. Heç bir dövlət də tektonik silaha sahib olduğunu etiraf etməyib. Buna baxmayaraq, müxtəlif səviyyələrdə bu barədə iddiaların irəli sürülməsi də davam edir. Hesab olunur ki, tektonik silaha sahib olan istənilə dövlət öz rəqibini sonradan bərpa edilməycək dağıntılara məruz qoya bilər. Hətta bu qəbildən olan silahlar "yaşıl planet"in həyat infrastrukturunu belə, təhlükə altına atar.

Bütün bunlar Türkiyənin üzləşdiyi dəhşətli təbii fəlakətin fonunda yenidən gündəmə gətirilən iddialardır. Onların həqiqət payı olub-olmadığı təbii ki, məlum deyil, hətta kifayət qədər ciddi şübhələr də doğurur. Ancaq inkaredilməz əsas reallıq odur ki, Türkiyədə hazırda tektonik apokalipsis yaşanır. Və bu qardaş ölkənin mövcud situasiyadan tez bir zamanda çıxa bilməsi üçün müttəfiqlərinin dəstəyinə ehtiyacı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.