Dünya

Priqojin bu ölkələri terrorçu adlandırdı

5 Fevral 2023 20:20
Baxış: 833
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Vaqner"in rəhbəri Yevgeni Priqojin ABŞ, Böyük Britaniya və Kanada hökumətlərini qeyri-legitim hesab edir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə o, bəyanat yayıb.

"ABŞ, Böyük Britaniya və Kanada hökumətlərini terrorçu və qeyri-qanuni olaraq tanıyırıq", - bəyanatda deyilir.

Qeyd olunur ki, "Vaqner" bu ölkələrin və digər məzlum ölkələrin xalqlarına ABŞ, Böyük Britaniya, Kanada hökuməti və İŞİD kimi terror strukturlarına qarşı mübarizədə hər cür yardım göstərəcək:

"Biz soyqırıma, neokolonializmə, özəl, dövlət və fövqəlmilli qurumlar tərəfindən terrora məruz qalmış dövlətlərin mülki əhalisini qoruyacaq və dəstəkləyəcəyik"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.