Mart ayına qədər rusların Ukrayna qüvvələrini məğlub etmək və Donetsk bölgəsinin işğal olunmamış hissəsini ələ keçirmək üçün kifayət qədər döyüş gücü əldə etdiyinə dair heç bir sübut yoxdur.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
"Uzun müddətdir müzakirə edilən Rusiyanın böyük hücumu aprelin yağışlı mövsümündə və ya ondan əvvəl başa çatacaq. Rusiya ordusu ciddi əməliyyat uğurları əldə edə bilməyəcək", - hesabatda qeyd olunub.
Bildirilib ki, Rusiya qüvvələrinin tükənməsi Qərbin tank tədarükündən sonra Ukrayna ordusuna 2023-cü ilin yazın sonu və ya yayında əks-hücum əməliyyatı üçün əlverişli şərait yarada bilər.
Milli.Az